Şagirdlərin həyatında mütaliənin rolu

Aprelin 20-də məktəbin kitabxanasında şagirdlərin mütaliə mədəniyyətlərinin, dünyagörüşlərinin formalaşmasına, nitq mədəniyyətlərinin zənginləşməsinə  kömək etmək, kitaba olan marağını artırmaq, qiraət etməyə həvəsləndirmək məqsədi ilə "Şagirdlərin həyatında mütaliənin rolu” adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, ana dili müəllimləri və şagirdlər iştirak edib. Tədbir şagirdlərin fəallığı ilə keçib. Onlar oxuduqları bədii əsərlərdə müsbət və mənfi obrazları, həmçinin həmin əsərlərdə təbliğ olunan əxlaqi keyfiyyətləri xüsusi məharətlə təhlil ediblər. Məktəbin direktoru Rəna Ağazadə çıxış edərək bildirib ki, məktəbliləri kiçik yaşlarından mütaliəyə cəlb etmək lazımdır. O qeyd edib ki, kiçik yaşlardan uşaqları bu işə cəlb etsək, o artıq vərdişə çevrilər. Ancaq mütaliə ədəbiyyatı uşaqların yaşına və maraqlarına uyğun olmalıdır. Bədii ədəbiyyatdakı obrazlar, hadisələrin inkişafı uşaqları məlumatlandırdığı kimi, onların dünyagörüşünü də zənginləşdirir. Bu onlarda təhliletmə, müşahidə, insanı bir fərd kimi öyrənmək bacarığını artırır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi