Ingilis dili gecəsi

Aprelin 20-də məktəbdə "The United Kingdom of Great Britain" mövzusunda ingilis dili gecəsi keçirilib. Tədbir ingilis dili müəllimləri Məlahət Məmmədova və Kəmalə Soltanovanın təşkilatçılığı ilə V-X sinif şagirdlərinin iştirakı ilə keçirilib. Azərbaycanın və Böyük Britaniyanın Dövlət Himnləri səsləndirilib. Məktəbin direktoru Rəna Ağazadə iştirakçılara tədbirin mahiyyəti barədə məlumat verərək  bildirib ki, məktəbdə keçirilən fənn həftələri  şagirdlər üçün çox əhəmiyyətlidir. Bu həftə də "İngilis dili həftəsi" çərçivəsində keçirilən tədbirlərimiz yekunlaşır. Bu  məqsədlə siniflərdə ingilis dili müəllimlərinin açıq dərsləri keçirilib. Məktəbin ingilis dili müəllimləri Sevda Əkbərova və Təranə Həmidovanın  təşəbbüsü ilə ingilis dilindən krossvordlar təşkil edilib.

Tədbirdə şagirdlər ingilis dilində sərbəst danışıblar, şeirlər söyləyib, səhnəciklər göstəriblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi