Bədii əsərlərin müzakirəsi

 Aprelin 19-da məktəbdə şagirdlərin bədii mütaliə vərdişlərinin təkmilləşdirilməsi və dünyagörüşlərinin artırılması məqsədilə bədii əsərlərin açıq müzakirəsi təşkil olunmuşdur. Çıxış edən ədəbiyyat müəllimləri şagirdlərə mütaliə etməyin faydaları barədə dəyərli tövsiyələr vermişlər. Şagirdlər mütaliə etdikləri əsərlərin qısa məzmununu danışaraq müzakirələr aparmışlar. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Rəna Ağazadə bədii mütaliənin insanın nitq mədəniyyətinin formalaşmasına, dünyagörüşünün genişlənməsinə və intellektual səviyyəsinin artmasına birbaşa təsir göstərdiyini qeyd etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi