Mütaliə ilə bağlı xüsusi dərs
17.04.2018-ci il tarixində məktəbin ana dili müəllimi Nəzakət Zeynalova "Oxu günü" çərçivəsində 8"C" sinfi ilə birlikdə M.Ə.Sabir adına parkda mütaliə ilə bağlı xüsusi dərs keçirib. Dərsin əsas məqsədi şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması olub. Dərs zamanı şagirdlər şairin əsərlərini müzakirə ediblər.