Aprel döyüşlərinə həsr olunmuş tədbir

03.04.2018-ci il tarixində məktəbdə 2016-cı il aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd aprel döyüşlərində şəhid olan əsgərlərimizin anılması, ordumuzun qüdrətinin təbliğidir. Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edən məktəbin tərbiyə işləri üzrə direktor müavini  aprel döyüşlərinin tarixi əhəmiyyətindən danışıb, bu döyüşlərinin Azərbaycan ordusunun qüdrətini, müasir silahlardan istifadə bacarığını ortaya qoyduğunu vurğulayıb. Bildirilib ki, ordumuz, ümumən xalqımız böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirib. Ordumuz öz vəzifə borcunu həyata keçirməyə hər an hazır olduğunu göstərib. Şagirdlərin ifasında şəhidlərimizə, vətənə həsr olunmuş şeirlər səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi