1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilib

Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Azərbaycan prezidenti İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. bununla əlaqədar olaraq məktəbimizdə Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə C.Məmmədquluzadə ev- müzeyinin böyük elmi işçisi Yeganə Məmmədova və digər əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə həmin günün dəhşətlərini əks etdirən şagirdlərin rəsm işlərinə tamaşa edib. Tədbirdə şagirdlər Qan yaddaşımıza həkk olunmuş soyqırımlar haqqında məlumatlar verib, həmin soyqırımlara həsr olunmuş şeirlər ifa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi