Novruz şənliyi

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. 15.03.2018-ci il tarixində məktəbdə  "Novruz şənliyi" keçirilib. Şənlikdə məktəbin ibtidai  sinifləri iştirak edib. Tədbirin aparıcıları milli bayramımız olan Novruzun minilliklərin sınağından keçərək bu gün əsl birlik bayramına çevrildiyini və ümumxalq bayramı kimi hər il böyük təntənə ilə qeyd edildiyini bildiriblər. Çıxış edən kiçik yaşlı şagirdlər "Novruz"a aid şeirlər söyləyib, mahnılar ifa ediblər. Şagirdlərin hazırladığı Novruz bayarmının atributları olan səmənilər, şirniyyat xonçaları tədbirə xüsusi rəng qatıb. Təqdim olunan bir-birindən maraqlı xalq mahnıları və rəqslər tədbir iştirakçılarına əsl bayram sevinci bəxş edib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi