Ana dilimizi, sevək, sevdirək
21 Fevral bütün dünyada "Beynəlxalq Ana dili Günü" qeyd olunur. Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti olmaqla bərabər, eyni zamanda, dövlət müstəqilliyimizin əsas amili, rəmzidir. Bununla əlaqədar olaraq məktəbdə "Ana dilimizi sevək, sevdirək" adlı ədəbi-bədii kompozisiya keçirilib. Çıxış edən şagirdlər ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında ətraflı məlumat veriblər. Uşaqların dilimizə həsr olunmuş səsləndirdikləri mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.