Ana dili ruhun qidasıdır

"Dil hər bir millətin milliliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var. Azərbaycan dili şeiriyyət dilidir" (Heydər Əliyev). Məktəbdə "21 Fevral- Beynəlxalq Ana dili günü"nə həsr olunmuş "Ana dili ruhun qidasıdır" adlı ədəbi-bədii kompozisiya keçirilib. Çıxış edən ana dili müəllimi Maral Quliyeva bildirdi ki, ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Tədbir aparıcıları Beynəlxalq Ana dili gününün və dilimizin tarixi haqqında maraqlı məlumatları və faktları iştirakçıların nəzərinə çatdırıblar. Bədii hissədə şagirdlərin hazırladıqları şeirlər,səhnəciklər, dilimizlə bağlı mahnılar və rəqs nümunləri nümayiş olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi