Şəhidlərimizi qürur və ehtiramla anırıq!

Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən məktəbimizdə Anım Gününə həsr olunmuş, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, ədəbi-bədii kompozisiyalar, rəsm və əl işləri müsabiqəsi, inşa-yazı müsabiqəsi təşkil olunub. Məktəb rəhbərliyi, müəllim və şagirdlər şəhidlərin dəfn olunduğu xiyabanı ziyarət ediblər. Anım günü ilə əlaqədar olaraq məktəbin həyətində ağacəkmə aksiyası keçirilib. Şəhid ailələri ilə görüşlər keçirilib.Tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 27 sentyabr Anım Günü barədə şagirdlərə məlumat verilib.
Şəhidlərimizi qürur və ehtiramla anırıq!