Məktəbdə ilk dərslər "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub
Sentyabrın 15-də məktəb üzrə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi məqsədi daşıyan dərslərdə qeyd olunub ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan ordusu işğalda olan ərazilərimizin çox qısa bir zamanda işğaldan azad edərək mənfur düşməni tarixi torpaqlarımızdan qovmuşlar. Dərslərdə mövzuya uyğun olaraq elektron təqdimatlardan və videoçarxlardan istifadə olunub.