Məktəbdə 15 Sentyabr-Bilik günü qeyd olunub

Sentyabrın 15-də digər ümumi təhsil müəssisələrində olduğu kimi məktəbimizdə yeni dərs ilinə start verilib. Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu birdəqiqəlik sükutla anılıb, dövlət himni səsləndirilib. Məktəbin direktoru Elza Bağırzdə çıxış edərək bu il məktəbə qədəm qoyan birincilərə öz xoş arzularını bildirib. Birincilər yeni dərs ilinin ilk zəngini vurublar. Məktəb üzrə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi məqsədi daşıyan dərslərdə qeyd olunub ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan ordusu işğalda olan ərazilərimizin çox qısa bir zamanda işğaldan azad edərək mənfur düşməni tarixi torpaqlarımızdan qovmuşlar. Dərslərdə mövzuya uyğun olaraq elektron təqdimatlardan və videoçarxlardan istifadə olunub.