Pedaqoji şuranın ilk iclası
Sentyabrın 9-da məktəbdə Pedaqoji şuranın ilk iclası keçirilib. İclasda ali məktəblərə qəbulun nəticələri, məktəbin illik fəaliyyət planının müzakirəsi keçirilib. Müəllimlərə təlimata uyğun olaraq qiymətləndirmənin düzgün aparılması , jurnala və şəxsi işlərə nəzarətin gücləndirilməsi tapşırılıb. İclasda,həmçinin, dərs bölgüsü, siniflərin komplektləşdirilməsi, məktəbə hazırlıq qruplarına sənəd qəbulu ,sinif rəhbərlərinin təyin edilməsi, şagird geymi geniş müzakirə edilib.