Məktəbdə "Son zəng " tədbiri keçirilib
Hər il olduğu kimi bu il də məktəbimizdə iyunun 14-də "Son zəng" tədbiri keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Elza Bağırzadə mərasimi açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib. Bu il məktəbimizi bitirən 49 nəfər məzunun həyatında yeni mərhələnin açıldığını deyən direktor onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə inandığını bildirib. Buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlər təltif edilib.Tədbir şagirdlərin hazırladıqları müxtəlif kompozisiyalarla davam etdirilib. Tədbirdə simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub. Sonda “Son zəng” çalınıb.