Məktəbdə Böyük Summativ Qiymətləndirməyə start verilib
Mayın 25-dən etibarən məktəbdə IV-IX siniflərdə II yarımil üzrə böyük summativ qiymətləndirməyə start verilib. Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. Böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın üzvləri tərəfindən yoxlanılacaq.