"Hər şey övladımız üçün" adlı görüş keçirilib
Mayın 25-də “Ailəm və məktəbim” layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq məktəbdə “Hər şey övladımız üçün” başlığı altında görüş keçirilib. Görüş məktəbin "Sağlam təhsil" siniflərinin valideynlərinin iştirakı ilə baş tutub. Görüşdə iştirak edən valideynləri maraqlandıran suallar cavablandırılıb. Həmçinin valideynlərin rəy və təkliflərini öyrənmək məqsədilə onlara sorğu vərəqələri paylanılıb.