"Müstəqilliyin əbədidir, Azərbaycanım!" adlı tədbir keçirilib

Mayın 27-də məktəbdə ana dili müəllimi Maral Quliyevanın təşkilatçılığı iə Dövlət Müstəqilliyi Günü münasibəti ilə “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda tədbir keçirilib.Əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elza Bağırzadə 15 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu” haqqında ətraflı məlumat verərək Azərbaycan Respublikasının müstəqilliyinin məhz ümummilli lider Heydər Əliyev tərəfindən bərpası və möhkəmləndirilməsini vurğulayıb. Şagirdlərin ifasında Vətənə,  müstəqilliyə həsr olunmuş məlumatlar, şeirlər səsləndirilib, Mövzuya həsr eedilmiş videofilm nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi