"Zəfər tarixi" konfransı çərçivəsində "Zəfərdən döğulan torpağım" adlı tədbir keçirilib

    Mayın 25-də məktəbdə "Zəfər tarixi" konfransı çərçivəsində "Zəfərdən döğulan torpağım" adlı tədbir keçirilib. Tədbirdə Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndələri, şəhid ailə üzvləri, qazilər və digər qonaqlar iştirak edib.Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbir iki mərhələdə təşkil olunub. I mərhələdə məktəb şagirdlərinin ifasında "Zəfərdən doğulan torpağım!" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Məktəbin tarix müəllimi Leyla Məmmədova və 9-cu  sinif şagirdlərinin iştirakı ilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədlərinə xidmət edən interaktiv dərs keçdilər. Şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılaraq, müzakirələr təşkil edilib. İnteraktiv dərsdə məktəb rəhbərliyi və qonaqlar da iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi