IX şagirdlərinin iştirakı ilə imtahanqabağı psixoloji təlim

23 aprel 2022-ci il tarixində 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək. Bununla əlaqədar olaraq aprelin 13-də məktəbin psixoloqu Gülnar Həmidova IX sinif şagirdləri ilə psixoloji seminar keçirib. Seminarın əsas məqsədi şagirdlərdə imtahan həyəcanını aradan qaldırmaq və imtahan haqqında maarifləndirici söhbət aparmaqdan ibarət olub.