Məktəbdə Mülki Müdafiə və Fövqəladə Halların qarşısının alınmasına dair maarifləndirici tədbir keçirilmişdir

Aprelin 12-də məktəbdə "Mülki Müdafiə Günü"nə həsr olunmuş geniş tədbir keçirilib. Tədbir məktəbin hərbi rəhbəri Cəfər Mehdiyevin başçılığı ilə keçirilib. Tədbirdə şagirdlər öz bacarıqlarını nümayiş etdiriblər. Şərti olaraq zəlzələ baş verən ərazidən şagirdlərin köməyi ilə yaralılar təxliyə edilib. Onlara ilkin tibbi yardım göstərilib. Şagirdlərdən ibarət digər qrup isə baş vermiş yanğın hadisəsinin və insan tələfatının qarşısını almağa çalışıblar. Müəyyən vasitələrdən istifadə etməklə yanğın hadisəsinin də qarşısı alınıb. Məktəblilərin nümayiş etdirdikləri bacarıqlar tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi