Elimizə Bahar gəlir!
Martın 11-də məktəbdə şəhid övladları ilə birgə "Elimizə Bahar gəlir!" adlı tədbir keçirilib.Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəlıri, Yasamal Rayon icra Hakimiyyəti nümayəndələri, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun nümayəndələri, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının rəhbərliyi, "Zəfər" şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, məktəb direktorları və şəhid ailə üzvləri iştirak edib. Qonaqlar əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə, hazırladıqları milli mətbəx nümunələrinə baxış keçiriblər. Vətənin azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elza Bağırzadə çıxış edərək şəhid övladlarını və tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, o qeyd edib ki, bu gün əldə olunan uğura görə ölkə başçımızla yanaşı, qazilərimizə,şəhidlərə və onların ailə üzvlərinə borcluyuq. Sonra şagirdlərin ifasında müxtəlif səhnəciklər nümayiş etdirilib. Sonda Şəhid övladlarına hədiyyələr təqdim olunub.