Məktəbdə 1 Mart-Mülki Müdafiə günü qeyd olunub
1 Mart bütün dünyada Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu tarix 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilir. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunan bu gün bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur. Bununla əlaqədar olaraq martın 1-də məktəbdə Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirilib. Məktəbin hərbi rəhbəri Cəfər Mehdiyev 1 Mart-Mülkü Müdafiə Günü haqqında məlumat verərək fövqəladə hallar zamanı necə davranmaq lazım olduğu barədə tədbir iştirakçılarını məlumatlandırıb. Mövzu ilə bağlı videoçarx nümayiş olunub. Fövqəladə hallar baş verdiyi zamanı necə davranmaq lazım olunduğunu şagirdlərə əyani surətdə nümayiş etdirilib.