"Xocalı harayı" adlı "Dəyirmi masa" keçirilib

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Bununla əlaqədar olaraq məktəbdə Xocalı soyqırımının 30-cvu  ildönümünə həsr olunan “Xocalı harayı” adlı "Dəyirmi masa" keçirilib.Tədbir məktəbin tarix müəllimi Leyla Məmmədova və  coğrafiya müəllimi Məhəbbət Mütəllibovanın təşkilatçılığı ilə keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəb "Kiçik Akademiya" sının üzvləri Xocalı faciəsi ilə bağlı topladıqları məlumat və faktlar əsasında çıxış ediblər. Sonda soyqırımı əks etdirən videoçarx nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi