"Böyük Qayıdış" kitabının təqdimat mərasimi keçirilib

Fevralın 17-də məktəbimizdə BŞİH və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Böyük qayıdış” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndələri, Yasamal rayonu İcra Hakimiyyətinin Nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları, təhsil işçiləri, şəhid ailələri və qazilər iştirak edib. Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə vətənin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri  məktəbin direktoru Elza Bağırzadə açıq elan edərək iştirak edən qonaqqları salamlayıb. Məktəbin tarix müəllimi Leyla Məmmədova çıxış edərək "Böyük Qayıdış" kitabının əhəmiyyətini qeyd edib, bu nəşrin müharibədən sonrakı dövrdə azad edilən ərazilərdəki bərpa işləri, burada tam yeni infrastrukturun yaradılması və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışı proseslərinın öyrənilməsində mühüm rol oynayacağını vurğulayıb, kitabın bu işlərin gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət kəsb edəcəyini bildirib. Sonra söz şəhid ailələri, qazilər və digər qonaqlara verilib. Mərasim məktəb şagirdlərinin hazırladıqları kompozisiya ilə bitib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi