Heydər Əliyev irsinin öyrənilməsi
Fevralın 9-da məktəbdə ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ulu Öndərin rolunun və xidmətlərinin gənc nəslə çatdırılması məqsədilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərs keçirilib. Məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyan bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət etməkdədir. Dərs məktəbin tarix müəllimi Leyla Məmmədovanın təşkilatşılığı ilə keçirilib. Leyla müəllimə çıxış edərək müasir Azərbaycanın memarı Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.