2 Fevral-Gənclər gününə həsr olunmuş voleybol yarışı keçirilib
Fevralın 2-də məktəbdə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək məqsədilə 2 Fevral-Gənclər gününə həsr olunmuş siniflərarası voleybol yarışı keçirilib. Yarışda IX və X sinif şagirdləri iştirak edib. Yarış Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra keçirilən püşkatma nəticəsində yarışacaq komandalar bəlli olub. Gərgin keçən yarışda 10"A" sinfi I yerə, 9"A" sinfi II yerə, 9"B" sinfin isə III yerə layiq görülmüşdür.