Məktəbdə böyük summativ qiymətləndirmə keçirilib
25 yanvar 2022-cu il tarixində məktəbin ibtidai və yuxarı siniflərində böyük summativ qiymətləndirmə keçirilib. Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. Qiymətləndirmədə açıq və qapalı tipli test sualları vasitəsi ilə şagirdlərin I yarımil ərzində öyrəndikləri bilik və bacarıqlar yoxlanılıb.