Məktəbdə 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

20 Yanvar tarixi Azərbaycan xalqının silinməz yaddaşına çevrilmiş qanlı və şanlı bir hadisədir. Məktəblərdə “20 Yanvar”a həsr olunmuş tədbirlərin təşikili ən vacib məsələlərdən hesab olunur və təsadüfi deyil ki, şagirdlər bu anım günlərində iştiraka qürur hissi ilə yanaşır. Məktəbimizdə də hər il olduğu kimi  20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər planına əsasən silsilə tədbirlər keçirilib. 20 Yanvar faciəsinin otuz ikinci ildönümü məktəb kollektivi və şagirdlər tərəfindən  dərin hüznlə anılıb. Anım mərasimlərində iştirak edən müəllim və şagird kollektivi müqəddəs and yerimiz olan "Şəhidlər xiyabanını" ziyarət ediblər. "Qanlı şənbə gecəsi rənglərin dilində" mövzusunda rəsm işləri sərgisi keçirilib. Tarix müəllimi Xatirə İsmayılova və coğrafiya müəllimi Ülkər Şirəliyevanın təşkilatçılığı ilə "20 Yanvar sınağı, Azərbaycançılıq nümunəsi"  mövzusunda "Dəyirmi masa" keçirilib. Məktəbin İnformatik müəllimləri Cəmilə Mehdiyeva və Rəvanə Abdullayevanın təşkilatçılığı ilə məktəbin ayrı-ayrı siniflərində 20 Yanvar hadisələrini əks etdirən sənədli və bədii filmlər nümayiş etdirilib. İbtidai sinif müəllimləri Rəziyyə Novruzova və Mahirə Musayeva sinif şagirdləri ilə "20 Yanvar-Azadlığa gedən yolun zirvəsi" mövzusunda ədəbi-bədii kompozisiyalar keçiriblər. Məktəbin I-XI siniflərində Qan yaddaşımız olan 20 Yanvar hadisələrini əks etdirən sinif təşkilat saatları keçirilib. Yanvarın 18-də akt zalında  "20 Yanvar faciəsi-Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib. Tədbirdə məktəbimizin adını daşıdığı 20 Yanvar şəhidi Eldar Məmmədov və müstəqilliyə gedən yolda böyük bir çıraq olan yanvar şəhidləri  yad olunub. Şagirdlər o gecənin hüznünü ifadə edən musiqi sədaları altında vətənimizin qanlı-qadalı tarixinin əks olunduğu şeirlər səsləndiriblər. Məktəb rəhbərliyi və şagirdlər 20 Yanvar şəhidi Eldar Məmmədovun büstünün önünə əklil qoyaraq onun yaxınlarına dərin ehtiramlarını bildiriblər. Məktəb səviyyəsində təşkil olunan bu tədbirlər şagirdləri 20 Yanvar hadisələri haqqında daim məlumatlandırmaq bu silinməz qan yaddaşını nəsildən-nəsilə ötürməkdən ibarətdir. Çünki hər bir azərbaycanlı bu gün sahib olduğu müstəqiliyin, suveren və demokratik dövlətdə yaşamağın hansı qurbanlar və mücadilələr sayəsində başa gəldiyini unutmamalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi