Heydər Əliyev Mərkəzində məktəblilər arasında “Yollarda təhlükəsiz davranışı öyrənək” intellektual yarışı keçirilib

      Dekabrın 23-də Heydər Əliyev Mərkəzində Azərbaycan Avtomobil Federasiyasının və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Yollarda təhlükəsiz davranışı öyrənək” intellektual yarışı keçirilib. Yarışda Bakı şəhərinin orta ümumtəhsil məktəblərində təhsil alan 7-8-ci sinif şagirdlərindən ibarət 55 komanda iştirak edib. Layihənin həyata keçirilməsində məqsəd yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunması, yollarda təhlükəsiz və mədəni davranışın təbliği, məktəblilərin yol hərəkəti qaydaları barədə maarifləndirilməsi və nəqliyyat vasitələri ilə tanışlığının təmin olunmasıdır. Məktəbimizi yarışda təmsil edən 7-8-ci sinif şagirdləri- Hüseyn Cabbar, Müslüm Muradzadə, Nihad Ələkbərli və Ayxan Dədəyev gərgin oyun nümayiş etdirərək uğur qazanmışlar. İstedadlı şagirdlərimizi təbrik edir, onlarla hər zaman fəxr edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi