Nizami Gəncəvi və musiqi dünyası

Dekabrın 23-də məktəbin musiqi müəllimi Jalə Əhmədovanın təşkilatçılığı ilə "Nizami Gəncəvi və musiqi dünyası" adlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Elza Bağırzadə çıxış edərək şairin yaradıcılığında təsvir olunan böyük musiqi mədəniyyətindən söz açıb, "Nizamidə musiqi, musiqidə Nizami" məzmununun bu gün də aktual olduğunu vurğulayıb. Bundan başqa Nizami irsinin bəstəkar yaradıcılığında təcəssümü mövzusunda şairin əsərləri əsasında yazılan, musiqi mədəniyyətimizi zənginləşdirən əsərlərdən danışılıb. Şagirdlər şairin sözlərinə yazılmış mahnı və romansları səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi