Alqoritmika fənni üzrə "Açıq dərs" keçirilib
Dekabrın 22-də məktəbin informatika müəllimi Cəmilə Mehdiyeva 8"C" sinfinin yarımqrupunda alqoritmika fənni üzrə "İqtisadi-riyazi model" mövzusunda "Açıq dərs" keçirib.Dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Dərs müasir təlim standartlarına tam cavab verib. Elektron vasitələrdən istifadə edilməsi, qrupların işi və təqdimatları, əyani vəsaitlərdən məqamında istifadə olunması müsbət göstəricilərdən olub.