Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş xüsusi dərs keçirilib

     Dekabrın 22-də məktəbin ana dili müəllimi Səadət Bağırova “Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş" xüsusi dərs keçirib. Qüdrətli söz ustadı Aşıq Ələsgər sənətinin təbliği, qədim və müasir el havalarının öyrənilməsi və qorunması məqsədilə keçirilən dərs 7"B" sinfində baş tutub. Dərsi giriş sözü ilə açan müəllim sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı haqqında ətraflı danışıb. Şagirdlər aşığın şeirlərini səsləndiriblər. Mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi