Nizami Gəncəviyə həsr olunmuş ustad dərsi

“Məktəblinin dostu” layihəsi çərçivəsində baş tutan tədbirdə filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, nizamişünas, tərcüməçi, professor Sənan İbrahimov,  məktəbimizin müəllim və şagird kollektivi iştirak edib. Tədbirə dəvət alan qonaqlar 2021-ci ilin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880-ci ildönümü münasibətilə “Nizami ili” elan olunmasının əhəmiyyətindən, habelə Nizami yaradıcılığından söz açıblar. Qonaqlar şairin əsərlərini təhlil edərək, Nizaminin dünya miqyaslı şair olduğundan, Şərq poeziyasının inkişafında şairin xidmətlərindən bəhs ediblər. Tədbirin davamında şagirdlərin iştirakı ilə Nizaminin qəzəlləri və qəzəllərə bəstələnən mahnılar səsləndirilib. Qonaqlar tərəfindən gətirilən hədiyyə kitablar Məktəblinin dostlarının təşəbbüsü ilə yaradılan “Məktəbli kitabxanası"adlı guşəyə yerləşdirilib. Tədbirin sonunda iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi