"Siyahıların emal edilməsi" mövzusunda "Açıq dərs" keçirilib
Dekabrın 15-də məktəbin informatika müəllimi Nərmin Xasmetova 9"C" sinfinin yarımqrupunda "Siyahıların emal edilməsi" mövzusunda "Açıq dərs" keçirib. Müəllim dərsin effektivliyini artırmaq üçün onu kurikulumun mərhələlərinə uyğun qurub. Dərsin gedişində dörd komandaya ayrılmış IX sinif şagirdləri növbə ilə özlərinin hazırladıqları təqdimatları nümayiş etdiriblər. Dərs müasir təlim standartlarına tam cavab verib. Elektron vasitələrdən istifadə edilməsi, qrupların işi və təqdimatları, əyani vəsaitlərdən məqamında istifadə olunması müsbət göstəricilərdən olmuşdur.