Pedaqoji şura iclası keçirilib

Dekabrın 4-də Pedaqoji şuranın növbəti iclası onlayn olaraq baş tutub. İclasda məktəb rəhbərliyi və pedaqoji kollektiv iştirak edib. İclası giriş sözü ilə açan məktəbin direktoru Elza Bağırzadə pedaqoji kollektivin nəzərinə gündəlikdə duran əsas məsələləri çatdırıb. Elza xanım oktyabr ayında Bakı Şəhəri üzrəTəhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən diaqnostik qiymətləndirmə ilə məktəbdaxili keçirilən diaqnostik qiymətləndirməni müqayisə edərək onun nəticələri üzərində geniş müzakirələr aparıb. Bundan əlavə o, IX siniflərlə işin təşkili, şagirdlərin dərsə davamiyyəti, tədrisin keyfiyyətində müəllim faktorunun əsas rol oynaması, müəllim-valideyn-şagird münasibətlərinin sağlam qurulması və aparılması, pandemiya dövrü ilə əlaqədar olaraq müəllim və şagirdlərin karantin qaydalarına ciddi əməl etməsi , IX-XI siniflərdə məktəbdaxili monitorinqin keçirilməsi haqqında geniş məlumat verib.