İstedadlı şagirdlərimizlə qürur duyuruq!
Təhsil prosesində istedadlı şagirdlərin müəyyən edilməsi, onlarla işin təşkili formaları və istedadlı şagirdlərin yetişdirilməsi bu gün pedaqoji sistemdə qarşıda duran və həll edilməsi vacib olan məsələlərdəndir. Məktəbimizdə bu sahə üzrə müxtəlif səpkidə tədbirlər həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq şagirdlərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi məqsədilə məktəbin ictimai işlərində iştirak edən şagirdlərimiz məktəb rəhbərliyi tərəfindən Diplomlarla təltif edilib.