Məktəbin IX-XI siniflərində monitorinqlər keçirilib
Noyabrın 22-də məktəbdə şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə keyfiyyəti artırmaq, məktəb özünüqiymətləndirməsini formalaşdırmaq məqsədilə IX-XI siniflərdə monitorinqlər keçirilib. Təhsilin keyfiyyətini mütəmadi olaraq qiymətləndirmək məqsədi ilə keçirilən monitorinqdə şagirdlərə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə suallar təqdim edilib. Monitorinq məktəb rəhbərliyi və fənn müəllimlərinin xüsusi nəzarəti altında keçirilib.