Məktəbin IX-XI siniflərində valideyn iclasları keçirilib

    15-16 noyabr tarixlərində məktəbin IX-XI siniflərində valideyn iclasları keçirilib. İclas məktəb rəhbərliyi tərəfindən təşkil edilib. Giriş sözü ilə iclası açıq elan edən məktəbin direktoru Elza Bağırzadə bir çox məsələlərə toxunub. Elza xanım çıxış edərək təhsil müəssisələrində çalışanların və valideynlərin vaksinasiya olunması zəruriliyindən, buraxılış sinfi şagirdlərinin dərsə davamiyyətindən və həmin siniflərində tədris keyfiyyətindən genişməlumat verib. Sonda valideynlərə söz verilib. Onlar da öz növbələrində onları maraqlandıran suallarla məktəb rəhbərliyinə müraciət ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi