Zəfər gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 5-də məktəbdə Zəfər gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Yasamal rayonu İcra Hakimiyyətinin nümayəndələri, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, İkici Vətən müharibəsində iştirak etmiş məzun qazi və iştirakçılarımız, məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edib. Tədbir məktəb həyətində ağacəkmə aksiyası ilə başlayıb. Məktəb rəhbərliyi, şəhid övladları və şagirdlərimizin iştirakı ilə ağaclar əkilib. Sonra məktəbin içində yeni hazırlanmış "Şəhidlər unudulmur" adlı fotostendin açılşı keçirilib. Tədbir qonaqları şagirdlərin rəsm, əl işlərindən ibarət sərgi ilə tanış olublar. Təbirin bədii hissəsi Dövlət Himninin səslənməsi ilə başlayıb. Şəhidlərin ruhu sükutla yad edilib. Şagirdlərin ifasında "Sənə zəfər yaraşır, Azərbaycan!" adlı kompozisiya ilə davam etdirilib. Tədbirin sonunda şəhid ailələrinə və digər qonaqlara məktəb kollektivi adından hədiyyələr bağışlanılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi