Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları

    Oktyabrın 28-də psixoloq Gülnar Həmidovanın təşkilatçılığı ilə "Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları" mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə məktəbin IX-XI sinif şagirdləri iştirak edib.Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarət olub. Tədbir diskussiya şəklində keçirilib, şagirdlər sualları cavablandıraraq öz fikirlərini "Qoruyucu qalxan"a yazıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi