Məktəbdə diaqnostik qiymətləndirmə keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən göndərilən materiallar əsasında oktyabrın 27-də məktəbin II-IX siniflərində diaqnostik qiymətləndirmə aparılıb. Diaqnostik qiymətləndirmə ötən tədris ilində ayrı -ayrı fənlər üzrə proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsi məqsədi ilə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə keçirilib. Şagirdlərə ibtidai siniflər üzrə 20, V siniflər üzrə 30, VI siniflər üzrə 40, VII siniflər üzrə 45, VIII-IX siniflər üzrə isə 60 sual təqdim edilib.