Fövqəladə hallarda davranış qaydaları

    Bu gün "Məktəblinin dostu layihəsi"nin əməkdaşları tərəfindən 5-ci sinif şagirdlərinə “İlk tibbi yardımın göstərilməsi” və “Fövqəladə hallarda davranış qaydaları” mövzularında təlim keçirilib. Təlimdə məktəblinin dostu Sədəfxanım tərəfindən məktəblilərə “Zəlzələ zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürücü balondan istifadə qaydaları”, “112 qaynar xətti”, “İlk tibbi yardımın göstərilməsi” mövzularında geniş məlumat verilib. Şagirdlərin mövzunu daha yaxşı mənimsəməsi üçün əyani vasitələr və slaydlardan istifadə edilib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi