Məktəbdə "eTwinning layihəsi" çərçivəsində görüş keçirilib

    Oktyabrın 18-də məktəbdə "eTwinning layihəsi" çərçivəsində görüş keçirilib. Görüş "eTwinning layihəsi"nin səfiri Ofeliya Qafarovanın təqdimatı ilə baş tutub. Çıxış edən səfir layihə haqqında geniş məlumat verərək "eTwinning"in  Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olduğunu və pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verdiyini xüsusi vurğulayıb. Görüş xoş təəssüratlarla başa çatıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi