Şagirdlərimiz "Zəfər parkı"nda

    Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən oktyabrın 15-də məktəbimizin 4"E" və 3"B" sinif şagirdləri "Hərbi Qənimətlər Parkı"nda ekskursiyada olublar. "Hərbi Qənimətlər Parkı"nda İkinci Qarabağ müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Şagirdlər Parkdakı eksponatların arasında ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və Azərbaycan Silahlı Qüvvələrinin azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarına baxış keçiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi