Məktəbdə "Zəfər yolu" adlı inşa-yazı müsabiqəsi keçirilib
Ölkənin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, habelə Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndinə əsasən məktəbdə "Zəfər yolu" adlı inşa müsabiqəsi keçirilib. Müsabiqə VIII-XI sinif şagirdləri arasında keçirilib.