Valideynlərlə görüş keçirilib

     Oktyabrın 3-də Teams proqramı üzərindən onlayn valideyn iclası keçirilib. İclasda məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak ediblər. İclas valideynləri məktəb həyatında fəal iştiraka təşviq etmək, habelə məktəb-valideyn əlaqələrini gücləndirmək məqsədilə keçirilib. İclası giriş sözü ilə açan məktəbin direktoru Elza Bağırzadə günün ən aktual məsələlərinə toxunaraq məktəblə valideyn əlaqəsi məktəblərin qarşısında mühüm vəzifələr qoyduğunu, şagird şəxsiyyətinin formalaşmasında valideyn-məktəb münasibətlərinin düzgün qurulmasının çox böyük əhəmiyyəti olduğunu bildirib. Sonra söz müəllim və valideynlərə verilib. Məktəbin informatika müəllimi Cəmilə Mehdiyeva çıxışı zamanı qeyd edib ki, müəllim şagirdi şəxsiyyət kimi yetişdirməlidir. Müəllimin ən yaxşı köməkçisi isə valideyndir. Şagirdin təlim keyfiyyətinin yüksəldilməsini şərtləndirən əsas amil isə müəllim-valideyn, məktəb-valideyn əməkdaşlığıdır. İclasda valideyn-məktəb münasibətlərindən, şagirdlərin nizam-intizamından, təhsillərinə və sair kimi xüsusiyyətlərinə müəllim və valideynin birgə nəzarətindən danışılıb.  İclas çərçivəsində valideynləri maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi