"Problemi Bacarığa çevirək" layihəsi

    Bu il 21 saylı tam orta məktəbin "Finland texnikası - Problemi Bacarığa çevirək" layihəsi təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqənin qalibləri sırasında olub. Sentyabrın 30-da məktəbin akt zalında layihənin təqdimatı olub. Layihənin məqsədi, vəzifələri və layihə müddətində görüləcək işlər barədə məktəbin direktoru Elza Bağırzadə məlumat verib. Sonra məktəbin psixoloqu Gülnar Həmidova Finland texnikası haqqında, bu texnikanın 15 addımı haqqında tədbir iştirakçılarına məlumat verib. Sonra söz layihənin eksperti Ramil Süleymanova və TDM - nin Yasamal rayonu üzrə metodisti Əziz Kərimova verilib. Qeyd edək ki, layihənin 4 məktəbdə tətbiq edilməsi nəzərdə tutulub. Əsas məqsəd şagirdlərdə müşahidə edilən problemləri bacarığa çevirməkdir. Çünki bu texnikanın yaradıcısı Ben Furman bildirir ki, problemi olan şagird yoxdur, sadəcə bacarıq öyrədilməyən şagird var.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi