İstedadlı şagirdlərimizlə qürur duyuruq!

     İstedadlı və bacarıqlı şagirdlərlə işləmək, onların aşkara çıxarılması və inkişafı məktəb fəaliyyətinin ən vacib aspektlərindən birinə çevrilməlidir. Qabiliyyətli və istedadlı şagirdlərin üzə çıxarılması və inkişaf etdirilməsində məktəbin, müəllimin üzərinə böyük məsuliyyət düşür. Məktəbimizdə də bu istiqamətdə müxtəlif səpkidə tədbirlər həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq məktəblilər arasında Gənclər və İdman İdarəsinin sifarişi ilə keçirilmiş "Şuşa, sən azadsan!" adlı inşa və rəsm müsabiqəsində 9"A" sinif şagirdləri-Məmmədzadə Zərifə  I yeri, Rüstəmli Aydan II yeri qazanmışdır. Bundan əlavə 7"B" sinif şagirdi Abbasov Abidin,  7"A" sinif şagirdi Bayramova Fatimə və 8"C" sinif şagirdi Səfərəliyeva Səkinə Fəxri Fərmanlarla təltif edilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi