Məktəbimizdə 27 Sentyabr-Anım Günü qeyd edilib

      27 Sentyabr ölkəmizin hər yerində olduğu kimi məktəbimizdə də Anım günü kimi qeyd olunub. Bu müqəddəs tarixi gün məktəbimizdə də xüsusi qürur və iftixar hissi ilə qeyd olunub. Şəhidlərimizin anım tədbiri Dövlət Himnin səsləndirilməsi ilə başlayıb. Daha sonra  Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olan oğul və qızlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Elza Bağırzadə çıxış edərək bu müqəddəs, qürurverici günün tarixi əhəmityyəti haqqında məlumat verib, bu günün həm də Milli Qürur günü kimi qeyd olunduğunu, torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildiyini, müzəffər Ali Baş Komandanın başçılığı ilə ordumuzun bu gün yazdığı tarixin  sabah daha da güclü inkişaf edəcəyini bildirib. Sonra söz anım tədbirinə qonaq olan qazilərimizə verilib. Onlar da öz növbələrində çıxış edərək şagirdlərə öz tövsiyyələrini veriblər. Şagirdlər şəhidlərə yazdıqları ürək sözlərini məktub şəklində şarlara bağlayaraq havaya uçurublar və məşhur "Xudayar təsnifi"nin sədaları altında məktəbə daxil olublar. Anım tədbirləri siniflərdə də qeyd olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi