Yeni dərs ilinin ilk dərsləri "Qarabağ Azərbaycandır" mövzusuna həsr edilib
Sentyabrın 22-si ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub. Bununla əlaqədar olaraq məktəbin ibtidai siniflərində mövzu ilə bağlı dərslər keçirilib. Dərslərdə
2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinə həsr olunmuş videofilmlər nümayiş etdirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər Milli Qəhrəmanlar haqqında məlumatlar, şeirlər səsləndiriblər.